Təzə standart avtomobil bazarını alt-üst etdi - VİDEO

31 Mart 2014 18:04

Şənbə - bazar günləri nisbətən alıcısı çox olan bazarda bu gün ins-cins belə gözə dəymirdi

Uzun müddətdir ki, haqqında danışılan Avro-4 standartı, nəhayət ki, tətbiq olunacaq. Bu standartın tətbiqi ilə ilk növbədə, Bakı küçələrində az qala hamımızı cana gətirən tıxacların bir dəfəlik aradan qaldırılacağı bildirilir. Hər halda bunu zaman göstərəcək. Avtomobil bazarlarında isə alıcı qıtlığı yaşanır.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, müsbət təsirlərdən danışmaq hələ tez olsa da, baş çəkdiymiz avtomobil bazarındakı vəziyyət ürəkaçan deyildi. Düzdür, şənbə - bazar günləri nisbətən alıcısı çox olan bazarda bu gün ins-cins belə gözə dəymirdi. Satıcıların dediyinə görə, son vaxtlar bazarda alver, demək olar ki, yox dərəcəsindədir. İstər ili köhnə, istərsə də yeni avtomobillərin satışı azalıb. Heç şübhəsiz ki, avtomobil bazarında durğunluğun əsas səbəbəlrindən biri yeni standartın tətbiqidir. Artıq bir neçə aydır ki, gətirdiyi avtomobilləri sata bilmədiyini deyən müsahibim İsmayıl Məmmədovun fikrincə, Avro-4 standartının tətbiqi maşın bazarında alıcı qıtılığı yaratsa da, köhnə maşınlara tələbatı artıracaq.

İqtisadçılar yeni standartın tətbiqinin xüsusilə fərdi sahibkarlara ciddi ziyan vuracağı qənaətindədirlər. Avro-4 standartı isə öz növbəsində, avtomobil bazarında qiymətlərə xüsusi təsir göstərəcək.

Aprelin 1-dən qüvvəyə minəcək yeni standarta görə istehsal müddəti 2005-c ilə qədər olan avomobillər bundan sonra ölkəyə gətirilə bilməyəcək.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.