Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə və "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprelin 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatları və siyasi partiyalara xəbərdarlıq etdi