DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev erməni millətçilərin iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırım siyasətinin XXI əsrin əvvəllərinədək davam etdiyini, bu mənfur siyasət nəticəsində on minlərlə insanın həyatına son qoyulduğunu, soyqırım barədə real faktların uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl həqiqətlərin tarixi ədəbiyyatda öz əksini tapmadığını təəssüflə bildirib.Martın 31-də Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib