"Əgər bunu Nadir özü deyibsə, səhv edib, yalan danışıb"

31 Mart 2014 16:29
Müğənni İzzət Bağırov həmkarı Nadir Qafarzadəyə əsəbiləşib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi N.Qafarzadənin Türkiyədə satdığı mənzili alması ilə bağlı yayılan şayiələrə son qoyub.

İzzət "Hər bir havada" verilişinə açıqlamasında bunları deyib:

"Bu şayiəni yayan qələt edir. Mən Nadirin evini almamışam. Əgər bunu Nadir özü deyibsə, səhv edib, yalan danışıb. Mən onun özünə zəng vurub xəbəri dəqiqləşdirəcəyəm. Məlumatın haradan qaynaqlandığını araşdıracağam".

Milli.Az