"28 May" metro stansiyasının girişi nə vaxt istifadəyə veriləcək?
31 Mart 2014 15:57
"Bakı Metropoliteninin "28 May" stansiyasının hazırda təmirə bağlanan girişinin nə vaxt açılacağı məlum deyil. Stansiyanın girişi sərnişinləri qəbul etməyə hazır olarkən bu haqda öncədən məlumat veriləcək".
Milli.Az xəbər verir ki, bunu APA-ya Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva bildirib.
O qeyd edib ki, adıçəkilən stansiyanın girişinin ictimaiyyətə nə zaman açılması ilə bağlı, ümumiyyətlə, heç bir məlumata malik deyil.
Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə də APA-ya məsələ ilə bağlı hələlik dəqiq vaxt deyə bilməyəcəyini bildirib.
Milli.Az