Şəkidə yol qəzası:ölən və yaralananlar var

12 Fevral 2010 14:16
Rayon Polis Şöbəsindən Mili.Az xəbər portalına verilən məlumata görə, Aşağı Laysk kəndinin ərazisində, Şin kənd sakini, Vidadi Yusifovun idarə etdiyi "UAZ" markalı avtomobili ağaca vurub.

Nəticədə, avtomobildə olan sərnişinlər Fərrux və Elman Daşdəmirovlar ölüb. Xəsarət alan Gülçöhrə Nəzərova, Elvin Daşdəmirov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az