"Türkiyədə seçkiləri CHP deyil, Fətullah Gülən uduzdu"

31 Mart 2014 15:02

Türkiyənin nüfuzlu "Vətən" qəzetinin yazarı Hüseyn Yayman seçki nəticələrini qiymətləndirib

Anspress-in məlumatına görə, yazar nəticələrin Ərdoğanın müvəffəqiyyəti, müxalifətin və xüsusilə Gülən camaatının müvəffəqiyyətsizliyi ilə nəticələndiyini vurğulayıb. Jurnalist ölkə siyasi tarixində yeni bir səhifənin açıldığını iddia edib:

"Saatlar gecə yarısını göstərərkən nəticələr konkret olaraq müəyyən oldu. Ancaq rəqabətin bəzi bölgələrdə son ana qədər davam edəcəyi aydın görünürdü. Ortada dəqiq bir vəziyyət var. Ərdoğan daha bir zəfər qazandı. Artıq ölkə siyasətində yeni bir səhifə açılır. Görünməmiş sərtlikdə bir kampaniyadan sonra Ərdoğanın müvəffəqiyyəti üzərində yenidən düşünmək lazımdır. Kampaniya dövründə dilə gətirilən iddialar bir yana, on iki illik bir iqtidardan sonra girilən üçüncü yerli seçkilərdə AKP yenidən qazandı. Dünya və ölkə tarixində görülməmiş bir vəziyyətlə qarşı-qarşıyayıq".

Hüseyn Yayman qeyd edir ki, kəndlərdəki səslərin qazanılması AKP-ə üstünlük təmin edib: "Seçkinin referenduma çevrilməsi baş nazir Ərdoğan üçün böyük üstünlük təmin etdi. Taleyini Ərdoğanla eyniləşdirən kütlələr bir dəfə daha onun yanında durdu. Açıqca söyləmək lazımdır ki, bu nəticədə Ərdoğanın müvəffəqiyyəti qədər müxalifətin müvəffəqiyyətsizliyinin də payı var. Bu qədər müzakirədən sonra Ərdoğanın müzakirəsiz bir müvəffəqiyyət qazanmasının üzərinə təkrar-təkrar düşünmək lazımdır. Ərdoğana kasetlər üzərindən hücum müvəffəqiyyətsiz oldu. Kəndlərdəki səslərin qazanılması AKP-ə üstünlük təmin etdi".

Jurnalist qeyd edib ki, kampaniya müddətində müxalifətdən daha sərt bir müxalifətçilik edən Gülən hərəkatı seçkinin itirənlərindən oldu: "Bir din adamının partiya lideri kimi müxalifətə soyunması mənalı bir vəziyyət idi. Seçkinin nəticələri Gülən qrupunun da spesifik ağırlığını göstərdi".

Hüseyn Yayman digər partiyaların Ərdoğan ilə CHP və Gülən arasındakı müharibələrdən kənarda qaldığını qeyd edib:

"Cümhuriyyət Xalq Partiyası (CHP) bu seçkilərin ən çox müzakirə edilən partiyası olacaq. Dəqiqləşməyən rəqəmlərə baxıldığında Barış və Demokratiya Partiyası (BDP) Şərq və Cənub-şərqdə böyük bir müvəffəqiyyət əldə etdi. Ölkənin qərbində edilən müzakirələrdən uzaq dayanaraq öz gündəmini təqib etdi. Milliyyətçi Xalq Partiyası (MHP) isə deyildiyi kimi Şərqi Aralıq dənizində və ölkə daxilində ciddi bir səs artımı təmin etdi. MHP də BDP kimi Ərdoğan ilə CHP və Gülən arasındakı döyüşün xaricində qaldı".

Milli.Az