Türk Hava Yolları İstanbul-Simferopol reyslərini ləğv etdi

31 Mart 2014 14:10
Türk Hava Yolları İstanbul və Simferopol arasında iyunun 17-dək olan bütün reysləri ləğv edib.

Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir.

Xəbərə görə, Türk Hava Yollarının rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir: "Ukrayna-Krım bölgəsində yaşanan siyasi vəziyyətlə əlaqədar 17 iyunadək Simferopol səfərlərimiz ləğv edilib".

Milli.Az