31 Mart Azərbaycanlıların Soyqırımı Günündə "Samux şəhidləri" kitabının təqdimatı olub

31 Mart 2014 13:17
31 Mart Soyqırımı günü ilə bağlı Samux rayonunda tədbir keçirilib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, tədbirdə əvvəlcə soyqırımla bağlı videoçarx nümayiş etdirilib. Filmdə azərbaycanlıların zaman-zaman başına gətirilən faciələrdən geniş bəhs olunub. Tədbirdə çıxış edənlər 1905-1907-ci illərdə bir çox bölgələrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən, 1918-ci ilin mart-aprel aylarında minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsindən danışıblar.

Erməni millətçiləri tərəfindən işğalçılıq siyasətinin bu gün də davam etdiyi vurğulanıb. Sonda "Samux şəhidləri" kitabının təqdimatı olub. Kitabda torpaqlarımızın müdafiəsi uğrunda həlak olan 102 samuxlu şəhidin keçdiyi döyüş yollarından bəhs olunub və göstərdiyi şücaətlər yer alıb.  

Milli.Az