Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehrəliyev Trend-ə deyib ki, hava şəraitinin kəskin dəyişməsi şimal bölgəsinin, xüsusilə Quba-Qusar rayonları və Xacmaz rayonunun nisbətən yuxarı hissələrində, eləcə də İsmayıllı-Şamaxı bölgəsində çəyirdəkli meyvələrin ağaclarının məhsuldarlığına mənfi təsir edəcək. Soyuq hava şəraitinin Aran bölgəsində və Abşeron yarımadasındakı ağaclara təsiri olmayıb.Martın 30-da ölkə ərazisində qarlı, soyuq hava şəraitinin müşahidə edilməsi daha çox şimal bölgəsindəki ağacların məhsuldarlığına mənfi təsir göstərəcək