Azərbaycanlı müğənni qonşusuna eşq elan edib - FOTOSESSİYA

1 Aprel 2014 00:39

Populyar müğənni Yaşar Cəlilov "Ay qonşu" adlı mahnısına klip çəkdirib

Milli.Az-ın məlumatına görə, kompozisiyanın  sözləri Azər Şirin, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur. "Ay qonşu"nun ssenari müəllifi Azər Baxşəliyev, rejissoru Elmir Süleymanovdur. 

Hazırda montaj prosesində olan ekran işi yaxın günlərdə təqdim olunacaq. Y. Cəlilovun sözlərinə görə, klipin süjet xətti onun qonşusuna olan sevgisindən bəhs edir: "Bu, mənim 13-cü klipimdir. Sevilən və professional aktyorlarla kamera arxasına keçmək mənə böyük zövq verdi. Əminəm ki, mahnı kimi, klipi də tamaşaçılar, xüsusən də qonşuları ilə yaxşı münasibətdə olanlar, bəyənəcəklər. Bu işimizin də uğurlu alınacağına əminəm".

Ekran işində əsas rolları müğənni ilə  yanaşı, Gənc Tamaşaçılar Teatrının aktyorları, əməkdar artist Nəsibə Eldarova (nənə), Natiq Fərzəliyev (satıcı) və Səbinə Məmmədova (qonşu qız) canlandırıblar.
Klipin operatorları Rəşad Qarayev, Cavanşir Ağayev, işıqçısı Novruz Novruzov, montaj işi Elnar Həşimov, rəssamı Elnarə Səfərova, qrim ustası Tahirə Əliyevadır. Kastinq Mehman Məmmədova, təşkitatı işlər isə Sarvan Zamanova məxsusdur.   

"Ay qonşu" mahnısına çəkilən klip "Bizim Cəbiş müəllim" və "Məhəllə" filmlərinin çəkildiyi həyətdə lentə alınıb.

Çəkiliş prosesindən olan fotosessiyanı təqdim edirik:

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.