Azərbaycan neftinin qiymətləri: 24-28 mart həftəsinin yekunları

31 Mart 2014 13:43
Ötən həftə - 24-28 mart tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 109,46 dollar/barel olub ki, bu da ötən həftənin göstəricisindən 0,27 dollar çoxdur.

Trend-in məlumatına görə, 24-28 mart həftəsində AZERI LT-nin qiyməti maksimum 109,77, minimum isə 109,04 dollar/barel təşkil edib.

24-28 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 105,1 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,58 dollar çoxdur.

24-28 mart həftəsində URALS-ın qiyməti maksimum 105,61, minimum isə 104,69 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

24-28 mart həftəsində "Brent Dated" növünün orta qiyməti 106,6 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,01 dollar azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 107,02, minimum isə 106,01 dollar/barel təşkil edib.

Milli.Az