Bakıdan Almaniyaya iki aviareys təxirə salındı

31 Mart 2014 11:52

Almaniyada hava limanlarının yerüstü işçilərinin martın 28-də başladıqları tətil hələ də davam edir

Belə ki, aeroport işçilərinin əmək haqlarının artırılması və əmək şərtlərinin yaxşılaşdırması tələbi ilə işə çıxmamaları beynəlxalq uçuşlara da təsir edib.

Qeyd edək ki, ötən həftə məlum hadisə ilə əlaqədar "Lufthansa" aviaşirkətinin LH-613 nömrəli Bakı-Frankfurt reysi təxirə salınıb. Şirkətin həyata keçirdiyi uçuşlar hələ də bərpa olunmayıb. Bu səbəbdən bu gün "Lufthansa"nın Aşqabad-Bakı-Frankfurt marşrutu üzrə yerinə yetirilməsi planlaşdırılan aviareysi də təxirə salınıb.

Heydər Əliyev Hava Limanından APA-ya bildirilib ki, bu reys aprelin 2-də həyata keçiriləcək.

Milli.Az