Millət vəkilinin iyrənc əməlləri faş oldu - FOTO

31 Mart 2014 12:36

Britaniyanın populyar siyasətçilərindən biri, Mühafizəkarlar Partiyasının mənsubu və parlament üzvü Mark Menzislə bağlı böyük qalmaqal qopub.
 

Milli.Az The Sun on Sunday-yə istinadən bildirir ki, 42 yaşlı siyasətçinin 19 yaşlı braziliyalı homoseksualla dəfələrlə cinsi əlaqədə olduğu aşkarlanıb.

"Eskort oğlan" işləyən, müştərilərin çağırışlarına gedərək onlarla "eşq yaşayan" 19 yaşlı Roceriu dos Santos Pintunun dediyinə görə, M.Menzislə dəfələrlə "görüşüb".
 

"Hər dəfə də 2 saatlıq görüş üçün mənə 250 funt-sterlinq verirdi. Üstəlik, Mark narkotik maddələrdən asılı idi. Mənə dəfələrlə "metedron" aldırmışdı. Bir neçə dəfə isə "seksual alt paltarı geyinib gəl" dedi. Onunla çox görüşmüşük. Mark məndən xahiş etmişdi ki, bu görüşlər barədə kimsəyə bir kəlmə deməyim", - Pintu bildirib.
 

Qalmaqal başlayandan sonra Mark Menzis Britaniyanın beynəlxalq inkişaf naziri Alan Dunkanın müavini postundan istefa verib.
 

Braziliyalı homoseksual onu da bildirib ki, Mark Menzislə 18 ay əvvəl tanış olub. Həmin tanışlıq əsasında ingilis siyasətçi "sevgilisi"ni Vestminsterdə gəzdiribmiş. Həmin gəzintidən sonra Menzislə Pintu otelə yollanıblar.
 

Daha sonra isə "sevgililər" Braziliyanın San-Paulu şəhərində də dəfələrlə görüşüblər.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.