Suriya ordusu Türkiyə ilə sərhəd şəhərlərə hücum edib

31 Mart 2014 12:39
Suriya ordusu Türkiyə ilə sərhəddə yerləşən Kesab şəhərinin üsyançılardan azad edilməsi üçün hücuma keçib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, artilleriya qüvvələri hazırda üsyançıların Əl-Kəbir və Əl-Kouz dağlarında yerləşən mövqelərinə zərbələr endirir.

Ötən gün isə Suriya ordusu strateji Nəsr yüksəkliyinə nəzarətini bərpa edib. Buradan üsyançıların zəbt etdikləri bölgəyə çıxış mümkündür.

Üsyançıların Nəbaa-əl-Murr bölgəsində yerləşdirilən raket qurğuları da artıq məhv edilib.

Milli.Az