Neftin bahalaşması davam edir

31 Mart 2014 11:35
Martın 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,39 dollar və ya 0,4% artaraq 1 barelə görə 101,67 dollar təşkil edib.

APA-nın məlumatına görə, martın 28-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,24 dollar və ya 0,2% artaraq 108,07 dollar olub.

Milli.Az