Türkiyədə unikal olay: 1 səs fərqi ilə qələbə

31 Mart 2014 10:56

Türkiyədə dünən keçirilmiş bələdiyyə və yerli idarəetmə orqanlarına seçkilərdə Yalova vilayətində iqtidardakı Ədalət və İnkişaf Partiyasından (AKP) namizəd olan Yakup Bilgin Koçal ölkə siyasətində yeni, unikal rekorda nail olub.


O, əsas rəqibi, Cumhuriyyətçi Xalq Partiyasından (CHP) olan namizəd Vəfa Salmanı 1 səs fərqi ilə məğlub edərək bələdiyyə sədri olub.


CHP mənsubu V.Salman nəticələrə etirazını bildirib.


Yalovada 149550 seçici 550 seçki qutusunda səs verib. Səsvermənin ən gərgin keçdiyi məkana çevrilən Yalovada əsas mübarizə 85561 seçicinin səs verdiyi 299 seçki qutusu ilə bağlı olub.


Yalovanın Altınova, Çiftliköy, Termal və Armutlu rayonlarında AKP, Çınarcıkda isə CHP qalib gəlib.


Milli.Az