Yeddi yaşlı qız dəhşətli qəzada öldü

31 Mart 2014 10:32

Masallı rayonunda dəhşətli yol qəzası baş verib

Lent.az-ın məlumatına görə, hadisə Qəribli kəndində baş verib.

"VAZ 2107" markalı, 44 BH 002 nömrə nişanlı avtomobil 2007-ci il təvəllüdlü Məmmədzadə Nuray Emin qızını vurub. Azyaşlı qız hadisə yerindəcə keçinib.

Qeyd edək ki, qəzada dünyasını dəyişən qız orta məktəbin birinci sinif şagirdi olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az