Bu da Hyundai Aslan - FOTO

30 Oktyabr 2014 23:41

Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai yeni "Aslan" adlı sedan modelini təqdim edib.

Milli.Az anspress-ə istinadən bildirir ki, adını türk sözündən götürən yeni model 3 seriyada istehsal olunub.

Statistik göstəricilərə görə, Hyundai şirkəti daxili bazarda Avropanın avtomobil istehsalçıları ilə rəqabətdə kifayət qədər zəifləyib. Hyundai yeni modeli ilə rəqabət gücünü artırmağa çalışır. Şirkət rəhbərliyi, son dönəmlərdə idman avtomobillərinə tələbin daha çox olduğunu və istehsalda da çox bu üsluba diqqət yetirildiyini bildirib.

"Aslan"ın daha əvvəlki "Genezis" modelindən fərqi onun ön ötürücü sistemlə çalışmasındadır. Şirkət rəhbərliyi hər iki modelə tələbatın çox olduğunu qeyd edib.

Şirkət 2014-cü ilin sonuna qədər 6 min ədəd, 2015-ci ilin sonu qədər isə, 22 min ədəd Aslan modeli satmağı proqnozlaşdırır.

Yeni modelin G300, G330 Premium və G330 İkskluziv seriyaları var. Avtomobillərin dəyəri müvafiq olaraq, 39900, 41900 və 45900 ABŞ dollarıdır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin