Bakıda yeni idman kompleksi tikilir - FOTO

31 Mart 2014 13:37
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni idman kompleksi tikilir. Milli.Az Day.Az saytına istinadən bildirir ki, kompleksdə idmançıların məşqləri üçün bütün şərait yaradılacaq.

Layihənin sifarişçisi Azərbaycanın Gənclər və İdman Nazirliyidir. Kompleksdə ağır atletika zalı, məşqçi otağı, soyunub-geyinmə otaqları, kafe-bar, sanitariya qovşaqları, mətbəx, duş kabinələri və s. olacaq.

Kompleksin ərazisində istixana və yeraltı su anbarının tikintisi də nəzərdə tutulur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.