Nazir qələbəni rəqs edərək qeyd etdi

31 Mart 2014 14:07
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi partiyasının əldə etdiyi qələbəni rəqs edərək qeyd etdi.

Anspress-in xəbərinə görə, nazir Dənizli vilyətinin "Delikliçinar" meydanında seçicilər qarşısında çıxış edərək onlara öz təşəkkürünü bildirib.

Nazir Zeybekçi daha sonra meydana enərək zeybək rəqsi oynayıb.

Bu vaxt naziri AKP-nin Dənizlidən namizədi Osman Zolan və meydanda olan sakinlər də müşayiət ediblər.

Milli.Az