Mətbəx sirləri: "Zeynəbin barmaqları" - FOTO

1 Aprel 2014 07:00
Milli.Az "Zeynəbin barmaqları" adlı şirniyyatın hazırlanma qaydasını təqdim edir

Yaxın Şərqdə "Asabe` Zainab" adlı bir desert var. Tərcümədə "Zeynəbin barmaqları" deməkdir. Bu, barmaq boyda, yağda qızardılmış və şərbətə batırılmış şirniyyatdır.

Tərkibi (20 ədəd):

xəmir:
100 q un
80 q mannı yarması
1 ç.q. quru maya
0,5 x.q. şəkər tozu
1 çimdik duz
30 q kərə yağı
2 x.q. zeytun yağı
6-8 x.q. isti su

şərbət:
2 çay fincanı şəkər tozu
1 fincan su
1 ç.q. limon şirəsi

qızartmaq üçün:
bitki yağı

Əvvəlcə şərbəti bişirmək lazımdır. Tavaya su tökün, şəkər əlavə edib əriyənədək və qaynara düşənədək qarışdırın. 1 ç.q. limon şirəsi əlavə edib 5-7 dəqiqə bişirin. Ocağı söndürüb şərbəti soyudun.



Xəmiri əlinizlə, yaxud robotda yoğura bilərsiniz.
Un, mannı, maya, duz, şəkər tozunu qarışdırın. İsti süd, zeytun yağı və ərinmiş kərə yağını (qaynar olmasın, yoxsa mayanı yandırar) əlavə edib yoğurun.



Xəmiri 20 yerə bölün (qoz boyda).



Ona forma vermək üçün iri gözlü sürtgəc götürün. Xəmir kündələrini barmaq formasına salın, sonra onu sürtgəcin üstünə barmağınızla yayın, azca basın.



Barmağınızı yuxarı doğru hərəkət etdirin, xəmiri bükərək sürtgəcin üstündən çıxarın, masaya düzün.



20 dəqiqə saxlayın.

Yağı qızdırın. "Barmaqları" qızılı rəng alanadək qızardın.



Dərhal da soyumuş şərbətə salın. Şərbətdə 1-2 dəqiqə saxlayıb qaba düzün (bir hissə yağda qızarırkən digər hissəni şərbətə salın).



Nuş olsun!

Resept və foto: vk.com/academy_main

Milli.Az