Mətbəx sirləri: Pekin kələmindən salat

2 Aprel 2014 07:00
Milli.Az pekin kələmindən salatın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 baş pekin kələmi
4 fərqli rəngli bolqar bibəri
2 ərinmiş qaymaqlı pendir
200 q brınza
2 x.q. xama
1 banka dənəsiz qara zeytun konservi
2-3 diş sarımsaq
 
Qaymaqlı pendiri, brınzanı, əzilmiş sarımsağı çəngəllə əzin, xama əlavə edib qarışdırın.

Bibərləri xırda kubik, zeytunu həlqə doğrayın. Pendirli əzməni əlavə edib qarışdırın.

Kələmi uzununa iki yerə bölün.

Yarpaqlarını ehtiyatla aralayaraq hər birinin arasına iç doldurun.

Kələmin özəyini kəsib çıxara da bilərsiniz.

Hər iki tayı beləcə doldurduqdan sonra ağız-ağıza qoyub qida plyonkasına bükün (ayrı-ayrılıqda da edə bilərsiniz).
 
Soyuducuda iki saat saxlayın.

Süfrəyə verəndə dilimləyin, üzərinə limon şirəsi gəzdirin.

Nuş olsun!

Resept: alex-povar.blogspot.ru

Milli.Az