Sabahdan temperatur yüksələcək

30 Mart 2014 15:28
Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksələcək.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.


Havanın temperaturu gecə 1-3°, gündüz 5-9° isti olacaq.

Azərbaycan rayonlarında havanın yağıntılı olacağı, sulu qar yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi ehtimal edilir.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Qeyd edək ki, hazırda respublika ərazisində qarlı, küləkli hava şəraiti müşahidə olunur.

Milli.Az