23:45
Milli.Az Anadolu Ajansı-na istinadən bildirir ki, Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələrinin hesablanması davam edir.
İndiyədək səslərin 20,21 faizi hesablanıb. Səsvermədəki səslərin 10649720-si sayılıb, onların 10.395.692-si keçərli hesab olunub.
Türkiyədə seçkilərdə 52695832 vətəndaşın səs vermək hüququ vardı.
İlkin nəticələrə görə, AKP səslərin 47,95 faizini, CHP - 27,92 faizini, MHP - 13,27 faizini, BDP - 2,9 faizini qazanıb.
Müvafiq olaraq iqtidardakı AKP Türkiyənin 55 vilayətində, CHP - 12, MHP - 7, BDP - 7 vilayətdə öz namizədlərinin vali postunu qazanmasına nail olublar.
---------
23:39
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfdarları Baş nazir Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı iqamətgahının qarşısında qələbə mitinqi keçiriblər.
Trend-in Türkiyənin ATV telekanalına istinadən verdiyi məlumata görə, İstanbulda Ərdoğanın iqamətgahının qarşısında dəstək mintiqi keçirilib. Ərdoğan vətəndaşların qarşısına çıxara onları salamlayıb.
Trend-in TRT-yə istinadən verdiyi məlumatına görə, səslərin artıq 14,6 fazi hesablanıb. 48,3 faiz səs ilə Ədalət və İnkişaf Partiyası irəlidədir, onun ardınca 29,1 faiz səslə Cümhuriyyət Xalq Partiyası qərarlaşıb. MHP 12,6 faiz səslə üçüncüdür.
İlkin nəticələrinə görə, İstanbulda AKP, Ankarada AKP, İzmirdə CHP, Adanada MHP, Antalyada AKP, Diyarbəkirdə BDP, Qarsda MHP namizədləri öndədir.
---------
22:49
Milli.Az DHA-ya istinadən bildirir ki, Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələrinin hesablanması davam edir.
Hazırda səslərin 16,31 faizi sayılıb. AKP səslərin 56 faizini, CHP - 11 faizini, MHP - 7 faizini, BDP isə 7 faizini qazanıb.
Hakkari vilayətində CHP məğlubiyyətə uğrayıb və BDP-yə uduzub.
Seçkilərin iokin nəticələrinin ən maraqlı məqamı budur ki, Fətullah Gülən tərəfdarlarının böyük qismi indiyədək deyildiyi təki CHP-yə yox, AKP-yə səs veriblər.
----------
22:39
Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyə üzrə səslərin 10 faizi artıq bəlli olub. İlkin nəticələrinə görə, İstanbulda CHP, Ankarada AKP, İzmirdə CHP, Adanada MHP, Antalyada CHP, Diyarbəkirdə BDP, Qarsda MHP namizədləri öndədir.
Türkiyənin ümumi mənzərəsinə görə isə indiyə qədər açıqlanan nəticələrə görə, AKP öndədir.
Türkiyədə bələdiyyə seçkiləri ilə bağlı artıq səsvermə bitib və səslərin sayılmasına başlanıb. Saat 17:00-dan etibarən səsvermə əməliyyatı sona çatıb. Hurriyyet.com-un xəbərinə görə, seçki qutuları açılaraq səs saymasına keçilib. Türkiyə seçicisi nəfəsini tutaraq nəticələri gözləməkdədir.
Ümumilikdə 194.495 sandıqdan 1.870-ü açılıb. Nəticədə yüzdə 2 ətrafında səs nisbəti müəyyən olunub. Seçkinin nəticələri ilə əlaqədar YSK-nın yayın qadağası (Türkiyənin Mərkəzi Seçki Komissiyası) hələ aradan qalxmayıb. YSK-nın açıqladığı yayın qadağası saat 21:00-da sona çatır. Bundan sonra mətbuatın seçki nəticələri barədə detallı məlumat yayacağı gözlənilir.
---------
Milli.Az-ın xəbərinə görə, Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, Hatay vilayətinin Kırıkhan rayonunda namizədlər arasında yaranan qarşıdurma iki nəfərin ölümü ilə nəticələnib. Hadisə zamanı biri ağır olmaqla 9 nəfər yaralanıb.
Yozqat vilayətinin Türkmənsarılar kəndində iki qrup arasında dava düşüb, 3 nəfər daş və dəyənək zərbələrindən xəsarət alıb.
Ərzurumun Əziziyyə rayonunda iki muxtarlığa namizədin yaxınlarının davasında isə 6 nəfər yaralanıb.
Rize vilayətinin Küçükçayır kəndində iki nəfər arasında yaranan mübahisə böyüyərək qarşıdurmaya səbəb olub. Bunu görən polis əməkdaşları tərəfləri ayırmağa çalışıb, insident zamanı bir polis serjantı ayağından güllə yarası alıb.
Qaziantep vilayətinin Nizip rayonunda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyini irəli sürmüş şəxs və 3 nəfər yaxını seçki məntəqəsindəki mübahisə zamanı yaralanıblar.
Hilvanda muxtar (kənd icra nümayəndəsi) seçkiləri zamanı 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Hatayda isə 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Qaziantəpdə isə bir narkotik istifadəçisi 4 nəfəri bıçaqlayıb.
Şanlıurfanın Ciftlik kəndində isə muxtar seçkiləri zamanı baş vermiş insidentdə 9 nəfər yaralanıb. Kənddə müxtarlığa iddialı olan Ersöz və Öztürk soyadlı namzidələrin nəsilləri arasındakı mübahisə qanlı davaya çevrilib.
Şanlıurfanın digər qəsəbəsində də muxtar seçkiləri zamanı biri polis olmaqla 3 nəfər yaralanıb, 4 nəfər isə saxlanılıb.
Balıkəsirdə isə AKP-nin seçki ilə bağlı hazırlanmış avtobusunun qapısından yıxılan 53 yaşlı Emel İnceoğlu dünyasını dəyişib.
---------Hadisə səhər saatlarında rayonun Çiftlik kəndində baş verib. Muxtarlığa namizəd iki nəfər mübahisə ediblər. Namizədlərin ailə üzvləri mübahisəyə qoşulan vaxt tapançadan açılan atəşdən 4 nəfər yaralanıb. İki nəfər isə dəyənək zərbələrindən xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, kənddə yaşayan 38 seçici seçki məntəqəsinə gələrək iki saat ərzində səsvermə hüququndan istifadə edib.
Səsvermə başa çatsa da, seçki qutusu ölkə üzrə bələdiyyə seçkiləri başa çatdıqdan sonra açılacaq.
Qeyd edək ki, Köklü kəndində muxtar vəzifəsinə cəmi bir namizəd var.Türkiyənin Şanlıurfa vilayətində muxtarlığa namizədlər arasında dava düşüb.
Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, qarşıdurma nəticəsində biri polis olmaqla 3 nəfər yaralanıb.
Məktəbin qarşısında gözləyərək seçicilərdən səs istəyən iki muxtarlığa namizəd bir-birinə bıçaqla hücum ediblər. Qohum olduqları bildirilən namizədlərdən biri ürək, digəri isə qarın nahiyəsindən yaralanıb. Davanın qarşısını almaq istəyən polis əməkdaşı da bıçaq yarası alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.
Hadisədən sonra məktəbə gələn polislər seçki məntəqəsinə daxil olan bütün seçiciləri yoxlayıblar.
Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılacaq. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edir.
Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.
Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.
APA-nın məlumatına görə, seçkilərdə 52 milyondan çox vətəndaş 194 300 seçki məntəqəsində səsvermə hüququndan istifadə edə biləcək.
Türkiyə mətbuatının məlumatına görə, ölkənin ən böyük meqapolisi sayılan İstanbulda 40 minədək polis əməkdaşı təhlükəsizliyi təmin edəcək. Seçicilər əyalət qubernatorlarını, merləri, əyalət parlamentlərinin üzvlərini, bələdiyyə rəhbərlərini, kənd və rayon başçılarını, habelə kənd məclislərinin üzvlərini seçməlidirlər. Seçki məntəqələri yerli vaxtla 07:00-da açılacaq və səsvermə saat 17:00-dək davam edəcək.
Qeyd edək ki, seçkilərdə 26 siyasi partiya öz namizədlərini irəli sürüb. Əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyası, müxalif Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası arasında olacaq.
Ankara və İstanbulun hazırkı rəhbərləri hakim partiyanın üzvü olduğundan müşahidəçilərin əsas diqqəti məhz bu şəhərlərə yönələcək. 1994-cü ildən paytaxt meri vəzifəsini tutan Melih Gökçekin seçkilərdəki əsas rəqibi Cümhuriyyət Xalq Partiyası tərəfindən Ankara meri postuna irəli sürülən namizəd Mansur Yavaşdır.
İstanbul meri postuna isə şəhərin hazırkı rəhbəri Kadir Topbaş və Milliyyətçi Hərəkat Partiyasının namizədi Mustafa Sarıgül iddialıdır. M.Sarıgül kifayət qədər effektli seçkiqabağı kampaniya apardığından hakim partiyanın əsas rəqibi hesab olunur.
Milli.Az
----------
14:48
Böyütmək üçün şəkillərə klikləyin.
Foto: musavat.com