İranda zəlzələ olub

29 Mart 2014 18:50
İranda zəlzələ baş verib.
 
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İranın Çaharmahal və Bəxtiyari vilayətinin Çelgard bölgəsində olub.
 
4 bal gücündə olan zəlzələ martın 29-da Bakı vaxtı ilə saat 14:02-də yerin 9 km dərinliyində qeydə alınıb.
 
Dağıntı və tələfat barədə məlumat yoxdur.

Milli.Az