Türk serial ulduzu sevgilisindən qurtula bilmir - FOTO

29 Mart 2014 14:52

Türkiyənin gənc və populyar aktyorlarından biri, teleserial ulduzları arasında yer alan Engin Altan Düzyatan sabiq sevgilisi, aktrisa Özge Özpirinçcinin əlindən zinhara gəldiyini bildirib.


Milli.Az AHT-yə istinadən bildirir ki, aktrisa Özge Özpirinçci ilə 5 illik münasibətləri başa vuran aktyor indi qlamur model Neslişah Alkoçlarla evlənməyə hazırlaşır.


Engin Altan Düzyatanın dediyinə görə, nişanlısı Neslişah Alkoçlar ilə getdiyi yerlərdə sabiq sevgilisi Özge Özpirinçcini görəndə əhvalı pozulur: "Özge ortaq dostlar və tanışlar vasitəsilə mənə ismarıclar yollayır, barışmaq, yenidən birlikdə olmaq istədiyini deyir. Üstəlik, sürəkli şəkildə mənə zəng vururdu. Buna görə naçar qalıb telefon nömrəmi dəyişdim".


Toya hazırlaşan Neslişah Alkoçlar isə rəfiqələrinə deyib: "Axı o nə üçün hələ də Engindən əl çəkmir? Olan oldu, bitən bitdi. Özge aktrisaya yaraşmayan davranış göstərir".


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.