"Azərbaycan kadrlarda" fotomüsabiqəsinə yekun vuruldu
29 Mart 2014 12:25
Ağcabədidən olan gənc fotoqraf Toğrul İbrahimovun rəhbərlik etdiyi "Azərbaycan kadrlarda" fotomüsabiqəsinin yekun nəticələri açıqlanıb.
Milli.Az EL TV-yə istinadən bildirir ki, nəticələrə əsasən, müsabiqəyə təqdim olunan fotolardan 3-ü birinci yerə, 3-ü ikinci yerə, digər 3-ü isə 3-cü yerə layiq görülüb. Qaliblərə diplom və qiymətli hədiyyələr, digər iştirakçılara isə həvəskar mükafatlar verilib. Fotomüsabiqədə Azərbaycanın regionlarından olan 14-29 yaşlı gənc fotoqraflar iştirak ediblər.
Müsabiqəyə şəkillər onlayn qaydada da təqdim olunub. Fotomüsabiqəyə Azərbaycanla yanaşı, Türkiyə, Ukrayna, İran və Gürcüstandan da fotolar təqdim edilib. Daxil olan 90 fotodan 50-si peşəkar münsif heyəti tərəfindən seçilib və 3 günlük açıq hava sərgisində nümayiş olunub.
Milli.Az