Bu o deməkdir ki, təhlükəsizlik nöqteyi-nəzərindən boşluqlar aradan qaldırılmayacaq və nəticədə kompüter hakerlərin hücumlarına qarşı dayanıqsız olacaq. Windows XP populyarlığına görə ikinci əməliyyat sistemi olduğuna görə, potensial qurbanların sayı ciddi narahatçılıq doğurur - Avropoldan bildirilib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda sistemə müdaxilə üçün kibercinayətkarlar bir çox müxtəlif variantlardan istifadə edəcəklər.
Ekspertləri narahat edən əsas məsələ Microsoftun dəstəklənən versiyalar üçün təhlükəsizlik yeniləmələri çıxarmağa davam etməsidir. Yeni versiyalarda aradan qaldırılmış boşluqların aşkar edilməsi zamanı hakerlər artıq proqram nəhəngi tərəfindən dəstəklənməyən Windows XP platformasında onları taparaq sistemə müdaxilə edəcəklər. Aprelin 8-dən Windows XP ilə işləyən kompüterləri, hətta antivirus proqram təminatı da tamamilə qoruya bilməyəcək - Avropol mütəxəssisləri bildiriblər.
Milli.Az