9 yaşlı azərbaycanlı Rusiyanın milyonluq layihəsində

29 Mart 2014 12:33
Moskvada yaşayan 9 yaşlı azərbaycanlı hər həftənin çərşənbə axşamı saat 21:00-da "Rossiya-1" telekanalında yayımlanan "Türkiyə keçidi" ("Turetskiy tranzit") serialına çəkilib.

"Axar.az"ın məlumatına görə, türkmənistanlı rejissor Murad Əliyevin Vladimir Qrinkovun eyniadlı detektiv romanı əsasında çəkdiyi "Türkiyə keçidi" serialı milyonlarla büdcəsi olan reytinqli serialdır.

Moskvadakı 900 nömrəli məktəbin 2-ci sinif şagirdi olan Camal Qurbanovun bu seriala çəkilməsi təsadüfi olmayıb. O, yüzlərlə həmyaşıdı arasından seçilib.

"Türkiyə keçidi" serialında qadağan olunmuş malı Türkiyə ərazisindən Rusiyaya keçirən mafiyadan bəhs edilir. Serialda əkiz bacılardan biri olan Tanya türk mafiozunun pulunu qaçırıb köhnə qəbristanlıqda gizlədir. Onu mafiya hər yerdə axtarırkən bacıların o biri tayı - Polina Türkiyəyə istirahətə gəlir. Əsl olaylar bundan sonra başlanır.

Milli.Az