Facebook messencerini yenilədi - FOTO

29 Mart 2014 11:33
Facebook ayrıca messencer proqramını təqdim edəndən sonra burada ünsiyyət quranların sayı artıb. Smartfonlara bu tətbiqetməni yükləyən istifadəçilər daha rahat şəkildə dostları ilə əlaqə saxlayırlar.

Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, Facebook artıq messencerini yeniləyib. Artıq bu proqram daha çox Whatsapp-ı xatırladır.

İndi sosial şəbəkə istifadəçiləri qrup yaradaraq danışa bilərlər. Qrupda fotoları bölüşmək isə daha da rahat olub.

Yenilənmiş messenceri iOS, Android və Windows əməliyyat sistemlərində istifadə etmək olar.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.