General Motors-un bir milyona yaxın avtomobili zay çıxıb

29 Mart 2014 12:37
Amerikanın General Motors şirkəti avtomobillərdəki yandırma kilidindəki nasazlıqlara görə 824 min ədəd avtmobilini geri çağırıb. Milli.Az xəbər verir ki, bu barədə Asoşieyted Press şirkətin bəyanatına istinadən məlumat yayıb.

Bundan əvvəl yanacaq sistemindəki problemə görə 1,6 milyon ədəd avtomobil geri çağırılmışdı. Həmin nasazlıq ucbatından 12 nəfərin öldüyü deyilir.

İlk olaraq 2007-ci ildə istehsal olunmuş bəzi avtomobillər çağırılıb. İndi isə onların cərgəsinə 2008-ci ildən 2011-ci ilə qədər istehsal olunmuş Chevrolet Cobalt, Chevrolet HHR, Pontiac G5, Pontiac Solstice, Saturn Ion və Saturn Sky modelləri də qoşulub.

Milli.Az