Instagram-da ən məşhur yerlər - SİYAHI

29 Mart 2014 22:01
The Daily Mail-in məlumatına görə, Parisin Eyfel qülləsi Instagram-da ən populyar görməli yer olub. Belə ki, fotoservisə bu məşhur tikili ilə çəkilmiş 977,3 min şəkil yüklənib.

Top 20-nin ikinci pilləsində Nyu-Yorkdakı Tayms meydanı qərarlaşıb. Instagram istifadəçiləri bu görməli yerin 773,6 mindən çox şəklini yükləyiblər. Londonun Biq-Beni isə 689,4 min şəkillə üçüncü yeri tutub.
 

Milli.Az ICTnews-a istinadən bildirir ki, beynəlxalq reytinqdə, əsasən, ABŞ-da yerləşən görməli məkanlar yer alıb. Tayms meydanından başqa buraya Empayr-steyt-bildinq göydələni (8-ci yer), Qrand-Kanyon (9-cu yer), Qızıl Qapılar körpüsü (10-cu yer), Bruklin körpüsü (12-ci yer) və Azadlıq heykəli (13-cü yer) aiddir.

Siyahıya, həmçinin London Eye əyləncə çarxı, Harrods univermağı, Hayd-park, Southbank mərkəzi kimi məşhur yerlər da daxildir.

Milli.Az