iPhone-un ekranı böyüyəcək

28 Mart 2014 14:07

Apple iki modelini təqdim edəcək.

Sentyabr ayında Apple şirkəti ekranlarının diaqonalları 4,7 və 5,5 düym olan iPhone modellərini təqdim edəcək. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nikkei dərgisi məlumat yayıb.

Qeyd edək ki, hazırda aktual olan iPhone 5s və 5c modellərinin ekranı 4 düymdur.

Dərgi yazır ki, hər iki modelə iPhone 6 adı veriləcək.

iPhone displeyləri üçün maye-kristal panellər istehsal edən Sharp şirkəti yaxın vaxtlarda istehsalı artırmaq niyyətindədir. Burada yeni növ displeylərin istehsalına iyun ayından başlanılacaq.

Milli.Az