Bakıda kişi maşınını satdı, pul isə başqasına qismət oldu

28 Mart 2014 10:44

Bakıda aldadılan sürücü gözlənilməz halda maşınını itirib

Binəqədi rayonunda ağlagəlməz dələduzluq cinayəti törədilib. Vüqar Məlikovun "Renault" markalı avtomobili satılsa da, pul başqalarına qismət olub.

V.Məlikov maşını satmaq üçün 25 yaşlı Anar Piriyev və 27 yaşlı Fəxri Quliyevlə razılığa gəlib. Lakin həmin şəxslər maşının üzərindəki dövlət nömrə nişanını başqası ilə əvəzləyərək 900 manata satıblar, pulunu isə sahibinə verməyiblər.

Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, artıq hər iki şəxs tutulub. Onların barəsində cinayət işi başlanıb.

Gülər
Milli.Az