Trend TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, test bankının həm açıq (istifadə olunmuş), həm də qapalı (istifadə olunmamış) hissəsinin nəşri davam edir. Artıq riyaziyyat, fizika və biologiya fənləri üzrə test topluları Azərbaycan və rus dillərində böyük tirajla çap edilərək şagird və abituriyentlərin istifadəsinə verilib. Bu silsilədən növbəti nəşr kimya fənni üzrə test bankı toplusudur.Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kimya fənni üzrə test bankı toplusunu nəşr edib