Nadir Lagonda satışa çıxarıldı

27 Mart 2014 22:13
Lagonda adı bir vaxtlar Böyük Britaniyanın ən "cins" lüks avtomobil markalarından biri ilə assosiasiya edilirdi. Son illərdə o artıq unudulub və yalnız Aston Martin krossover konsepti ilə yenidən yada düşdü. Aston Martin, həmçinin səksəninci illərdə buraxdığı sedanı da Lagonda adlandırmışdı.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu gün orijinal Lagonda praktik olaraq qalmayıb, buna görə də hər tapılmış model vəziyyətindən asılı olmayaraq böyük dəyərə malikdir. Məsələn, şəkildə gördüyünüz bu nüsxə, Lagonda V12 Hooper 1939-cu ildə buraxılıb. Uzun illər anbarda onu toz basıb, paslanıb və hazırda açıq-aydın bərpa tələb edir. Buna baxmayaraq aprelin 12-də Silverstounda keçiriləcək hərracda avtomobil 125 000 dollar ilkin qiymətlə təklif ediləcək.

Milli.Az