Yaxşı sürücüyə heç nə mane olmur - VİDEO

27 Mart 2014 17:42
Hesab edilir ki, əla driftinq üçün cəmi bir neçə maşın yarayır: Mazda RX-7, Toyota AE86, Nissan Z, Nissan Silvia və Ford Mustang, amma, görünür, bu siyahıya indi qeyri-adi bir rəqib - dəbdəbəli iri Infiniti M35 də əlavə olunacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, 335 a.g. hasil edən 4,5 litrlik V8 mühərriklə təchiz edilmiş bu dördqapılı sedanın manevr imkanlarını 32 yaşlı peşəkar yarışçı, Formula Drift iştirakçısı Kris Forsberq nümayiş etdirib. Həm də o bunu dayaq sütunları basdırılmış anbarın içində yerinə yetirib.

Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.