Ölkə yasda, kraliça isə əylənir - FOTO

27 Mart 2014 10:37

Malayziyada "Malaysia Airlines" aviaşirkətinin Boeing 777-200 ER sərnişin təyyarəsinin yoxa çıxması ilə bağlı matəm davam edərkən kraliça qolf oynayaraq əylənib.


Martın 8-də Kuala-Lumpur beynəlxalq hava limanından səmaya qalxaraq MH370 reysi ilə Pekinə yollanan təyyarədə 38 malayziyalı da vardı.


227 sərnişin və 12 heyət üzvünün olduğu təyyarə hələ də tapılmayıb.

Fəqət bütün bunlar Malayziya kraliçasının, deyəsən, vecinə deyil.


Milli.Az AsiaOne-a istinadən bildirir ki, Malayziya kraliçası Raca Agong Tuanku Hajah Haminah paytaxt Kuala-Lumpurdakı "Glenmarie Golf & Country Club"da qolf oynayaraq "stressdən qurtulub".


O, qolf üzrə Avrasiya Kubokunun keçirilməsi ilə bağlı tədbirdə iştirak edirdi.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.