Mətbəx sirləri: "Çiçək qayğanağı" - FOTO
28 Mart 2014 07:00
Milli.Az "çiçək qayğanağı" buterbrodlarının hazırlanma qaydasını təqdim edir
Tərkibi:
3 dilim çörək
2 yumurta
2 pendir sardelkası
3 dilim buterbrod pendiri
1 qırmızı pomidor
qara istiot
duz
Stəkanın köməyilə çörək dilimindən dairə kəsin. Sardelkaları iki yerə bölün, yuxarı tərəflərində xaçvarı kəsiklər edin (5 mm dərinlikdə).
Yumurtanın ağlarını sarılarından ayırın. Yumurta ağlarını soyudun, sonra bir çimdik duzla möhkəm çalın (beze).
Çörək dilminin üstünə buterbrod pendiri, pomidor dilimi (azca duz-istiot vurun), sardelka qoyun. Sardelkanın kənarına isə çay qaşığı ilə bezedən götürüb dairəvi şəkildə qoyun.
Çiçəyə bənzəyəcək. Siniyə perqament döşəyin, buterbrodları düzün. 180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin.
Süfrəyə isti-isti, bir fincan qəhvə və ya çayla verə bilərsiniz.
Səhər yeməyini yeməyən uşaqlara da əsl sürpriz olsun:
Nuş olsun!
Resept və fotolar: vk.com/academy_main
Milli.Az