Ölümündən sonra qiymətə minən Hüseyn Dərya

26 Mart 2014 15:26
Milli.Az show.az-a istinadən bildirir ki, ölkəmizin ilk milli rep obraznı yaradan Hüseyn Dərya nədənsə öldükdən sonra daha çox yada düşüb.

Belə ki, Youtube-da onun "Məhəlləmiz" repi Hüseyn ölməmişdən öncə 50000-ə yaxın insan tərəfindən izlənilmişdisə, bu gün həmin klipi izləyənlərinin sayı 136000-i keçib.

Ən əsası klipə baxanların sayı günü-gündən artır.
 

Maraqlıdır, son zamanlar bir çox layihələr üzərində çalışan peşəkar repçinin birdən-birə belə yad olunması üçün onu itirməmizmi gərək idi?


Nəticə əldə olunmayan verilişlərdə Hüseynin şəxsi həyatını müzakirə etməkdənsə, onun illərlə ölkə repinin inkişafına verdiyi töhfələr haqqında müzakirələr aparmaq Hüseynə və onun ailəsinə daha xoş olardı.

Milli.Az