"Turcas Petrol" Star NEZ layihəsində iştirak payını satır

26 Mart 2014 15:13
ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İzmirdə Star neft emalı zavodunun tikintisi layihəsinin iştirakçısı olan Türkiyənin "Turcas Petrol" şirkəti layihədə öz iştirak payını satmaqla bağlı danışqılara başlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin kütləvi informasiya vasitələri xəbər yayıb.

"Turcas Petrol" layihədə 18,5 faizlik iştirak payına malikdir.
 

Bundan əvvəl "Turcas Petrol" iştirak payının yalnız 13,5 faizini sataraq beş faizini özündə saxlamaq niyyətində idi.

Hazırda layihədə pay bölgüsü belədir: 41,5 faiz pay "Rafineri Holding A.Ş." (SOCAR Turkey Enerji A.Ş. şirkətinni 100 faizlik sahibliyində olan), 18,5 faiz - "Turcas Petrol" və 40 faiz - ARDNŞ.

Türkiyə KİV xəbər verir ki, layihədə "Turcas Petrol" şirkətinin payını alacağı halda ARDNŞ-nin layihədə payı 60 faizədək artacaq.

Milli.Az