Məlahət Abbasovanın Türkiyədə məşhur olan qızı - FOTO

26 Mart 2014 13:10

Məlahət Abbasovanın qızı Sudə artıq bir neçə serialda çəkilib

Türkiyədə yaşayıb fəaliyyət göstərən aktrisa Məlahət Abbasovanın qızı Sudə məşhurluqda anasını keçib. Anspress-in məlumatına görə, balaca Sudə artıq bir neçə serialda çəkilib.

Hazırda Türkiyənin ATV kanalında yayımlanan "Huzur sokağı" serialında rol alan 8 yaşlı qızcığaz "Babam için", "Kız annesi", "İslam bülbülleri", "Ak kırlangıç" serialında baş rollarda çəkilib.

Xatırladaq ki, Məlahət Abbasova 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub və İstanbulda yaşayır. Onun Uğur və Sudə adında iki övladı var.

Aktrisa İstanbul Bələdiyyəsi Şəhər Teatrında rejissor işləyir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.