Aygün Kazımova 50 kiloluq libasda konsert verdi - YENİLƏNİB - FOTO
26 Mart 2014 10:53
Xalq artisti Aygün Kazımova Qəbələdə konsert verib
09:30
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutan gecənin aparıcıları Zaur Nəbioğlu və müğənninin qızı İlqarə Kazımova olublar. Səhnəyə zəncirdən hazırlanmış libasla çıxan A.Kazımova qonaqları salamlayıb:
"Bu gün qonaqlarımız və hər şey çox özəldir. Bayramın son günlərin Qəbələdə birlikdə qeyd edirik. Bu gözəl gecəyə görə qardaşım Nahidə təşəkkür edirəm. O, bizim üçün belə bir görüş təşkil etdi".
Xalq artistini səhnədə Türkiyədən gələn balet rəqs qrupu müşayiət edib. Aygün Kazımovanı izləyənlər arasında DMC musiqi şirkətinin rəhbəri Samsun Demirin həyat yoldaşı da yer alıb.
Qeyd edək ki, A.Kazımova açıqlamasında libasının 200 metr zəncirdən hazırlandığını, 50 kiloqram ağırlıqda olduğunu bildirib. Milli.Az