Tüninq olunmuş Mercedes-Benz CLA - FOTO

25 Mart 2014 22:46
Brabus emalatxanası tünerləri Mercedes-Benz CLA-Class AMG versiyasını işləyiblər. Nəticəni buradakı şəkillərdə görürük, amma heç də tam yox. Belə ki, bəzi şeylər kapotun altında gizlədilib, məsələn, burada at güclərinin miqdarı nəzərəçarpacaq dərəcədə artıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, mütəxəssislər dörd silindrli 2,0 litrlik turbokompressorlu mühərrikin iş qabiliyyətini yaxşılaşdırmaqla dördqapılı kupenin sürət göstəricilərinin də yaxşılaşmasına nail olublar. Əgər adi versiyada mühərrik 360 a.g. və 450 Nm fırlanma anı təklif edirdisə, Brabus onu 400 a.g. və 500 Nm -ə qədər artırıb. Nəticədə 0-96 km/saat sürətlənmə göstəricisi 0,2 saniyə yaxşılaşıb və indi 4,2 saniyəyə bərabərdir.

Brabus kuzova yeni "dodaq" və spoyler əlavə etməklə, həmçinin 19 düymlük yüngül lehimli disklərlə diqqəti avtomobilin stilinə yönəldib. Boz rənglənmiş kuzovda bəzi qırmızı elementlər diqqət çəkir.

Milli.Az