Kanadada Ebola təhlükəsi var

25 Mart 2014 16:43
Kanadadakı xəstəxanalardan birinə ölümcül hərarətli, Ebola simptomları olan xəstə daxil olub. Bu xəstəlik Afrikada artıq onlarla adamın həyatına son qoyub. Xəstəxanadan bildirirlər ki, həmin şəxs bu yaxınlarda Afrikadan dönüb.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Kanadanın səhiyyə qurumları Ebola simptomları olan xəstə Liberiyadan gəldiyini bəyan ediblər. Liberiya ilə sərhəd olan Qvineyada artıq 59 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Saskaçevan vilayətinin səhiyyə nazirliyindən isə bildiriblər ki, xəstənin Ebolaya yoluxmasını demək hələ tezdir. Nazirlik əmin edir ki, cəmiyyət üçün heç bir təhlükə yoxdur.

Bu xəstəliyin əsas əlaməti yüksək hərarətdir. Xəstəliyin ilkin vaxtlarda müalicəsi mümkündür. Sonradan isə müalicədə çətinlik yaranır. Vaxtında müalicə olunmayan şəxslərin ağızlarından və gözlərindən qan gəlir.

Milli.Az