"Həsən hədis" nə deməkdir?

24 Mart 2014 20:43

Hədis kitablarında rast gəlinən "həsən hədis" termini nə deməkdir?

MilliAz İslam.az-a istinadən bildirir ki, səhih hədisdən bir qədər aşağı dərəcədə duran hədisə "həsən" (yaxşı) hədis deyılir. Həsən hədisin də ravisi (rəvayətçisi) ədalətli, mömin və doğrucul olmalıdır. Lakin həsən hədisin sənədindəki ravi hədisçilik sahəsində bəzi nöqsanlara sahib ola bilər (məsələn, hafizəsi güclü deyil, hədisi düzgün rəvayət edib-etmədiyi barədə özünün şübhəsi var və s).

"Həsən hədis" terminini ilk dəfə "Sünən" müəllifi Tirmizi tətbiq etmişdir. Ona qədər hədisləri səhih və zəif olmaqla iki qismə bölür, zəif hədisləri də mətruk (rədd olunan) və qeyri-mətruk (rədd olunmayan) olmaqla iki növə ayırırdılar. Tirmizi qeyri-mətruk zəif hədisləri həsən adlandırdı.
 

Milli.Az