50 il sonra böyük köç başlanacaq?

24 Mart 2014 18:25
İngilis fiziki, astronom, nəzəriyyəçi, yazar Stefen Houkinqə görə, dünya əhalisinin sürətlə artması 50 il sonra insanları Aya köç etməyə məcbur edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, S.Houking "Liv From Speys" kanalından yayımlanan açıqlamasında bildirib ki, 50 il içində insanlar Ayda koloniyalar şəklində yaşamağa başlayacaq və yavaş-yavaş Marsa üz tutacaq. Alim eyni zamanda gələcəyimizdən qoxduğunu da dilə gətirib.

İnsanların sürətlə çoxalıb təbii qaynaqları tükətməsi ilə bağlı müəyyən tədbirlər görülməsinin vacibliyi haqqında danışan Houkinq belə gedərsə, insanın aclıq və fəlakətlərlə üzbəüz qalacağının qaçılmaz olacağını söyləyib

Milli.Az