«Le Parisien» satılmayacaq

6 Noyabr 2010 09:30
APA bildirir ki, "Amaury" qrupuna məxsus olan nəşrin satışı haqqında məlumatlar sentyabrda yayılmağa başlayıb. O zaman qəzeti almaq iddiası ilə "Figaro" nəşrinin sahibi, "Dassault Aviation" aviakonstruktorunun həmsahibi və prezident Nikolya Sarkozinin yaxın adamı Serj Dasso çıxış etmişdi. Bu səbəbdən ölkədə qızğın polemika başlamış və çoxları Dassonun bu hərəkətini mətbuat azadlığına zərbə kimi dəyərləndirmişdilər.

Oktyabrın sonunda Dasso iddiasından əl çəkərək bunu maliyyə məsələləri ilə izah edib.

Bundan sonra nəşri almaq üçün Havas kommunikasiya qrupunun prezidenti və "Direct Soir" və "Matin Plus" iri pulsuz qəzetlərin əsasını qoymuş biznesmen Vinsen Bollorenin və "Fondations Capital" fonduyla "Belçikanın Rossel" nəşriyyat qrupunun namizədlikləri irəli sürülüb.

Lakin cümə günü "Amaury" qrupu qəzetin satışa çıxarılmayacağını bildirib.

"Le Parisien" Fransanın ən iri və populyar nəşrlərindəndir. Qəzet 305 min nüsxə tirajla çap olunur.

Milli.Az