7 şirkət 236 milyon dollar cərimə ödəyəcək

6 Noyabr 2010 09:15
Milli.Az xəbər portalı "Amerikanın Səsi"nə istinadən bildirir ki, həmin şirkətlər arasında Böyük Britaniyanın "Royal Dutch Shell" və İsveçrənin "Netherlans and Panalpina" nəqliyyat şirkətləri də yer alır. Təhlükəsizlik və mübadilə komissiyası bu şirkətləri Nigeriya, Rusiya, Braziliya, Venesuela və Meksika daxil edilməklə, bir sıra ölkələrdə vergilərdən boyun qaçırılması və xüsisi münasibətlər müqabilində milyonlarla dollar məbləğində rüşvət ödəməkdə ittiham edib.
Şirkətlərə bundan əlavə neft istismarı üçün həmin ölkələrə avadanlıq gətirilməsinə dair saxta sənədlər əldə etmələrinə görə də ittihamlar irəli sürülüb.

Milli.Az